AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ər-arvad qəzada öldü, 146 cinayətin üstü “isti izlər”lə açıldı - sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 25-04-2022, 10:13

    Ər-arvad qəzada öldü, 146 cinayətin üstü “isti izlər”lə açıldı - sutka ərzində baş verən cinayət və hadisələr

    2022-ci il aprel ayının 23-də və 24-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-averilən məlumata görə,

    - Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 146 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 95 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 131 nəfər saxlanılmışdır.
    ***

    Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə aprelin 23-nə keçən gecə Qaraxuçur qəsəbəsindən H.Hətəmlinin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramiz İsmayılov qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılmışdır.
    Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
    ***

    Aprelin 23-də saat 13 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Bakı şəhər sakini Pərviz Qafarov idarə etdiyi “Toyota” markalı avtomobili beton yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü və sərnişini olan həyat yoldaşı Afət hadisə yerində ölmüşdür.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Aprelin 23-də saat 7 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***

    Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Badamdar qəsəbəsi ərazisində 5 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aqşin Hüseynli saxlanılmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da müəyyən edilmişdir.

    ****

    Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 24-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı dəmir yolu stansiyası ərazisindən 17 metr relsi oğurlayaraq “Belarus” markalı traktorun qoşqusunda metal qəbulu məntəqəsinə satmağa aparan Xanlıqoba kənd sakinləri Yaşar Məmmədov və Əfqan Məmmədov saxlanılmışlar.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR