AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyanda qardaş qardaşı qətlə yetirdi

  • + A
  • - A
  • 16-07-2022, 11:37

    Salyanda qardaş qardaşı qətlə yetirdi

    İyulun 15-i saat 03 radələrində Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı, 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasovun sağ ayağın bud, baldır və sol çiyin nahiyələrinə bıçaqla xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür.
    Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
    Mehman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR