AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şirvanda polis əməliyyat keçirdi - saxlanılan şəxsin üzərindən yarım kiloqrama yaxın narkotik aşkarlandı

  • + A
  • - A
  • 18-07-2022, 10:28

    Şirvanda polis əməliyyat keçirdi - saxlanılan şəxsin üzərindən yarım kiloqrama yaxın narkotik aşkarlandı

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtibar Sarıbalayev saxlanılıb.
    Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 455 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğu etiraf edib.
    Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR