AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qobustanda şəhid ailəsinə məxsus evdən oğurluq edən şəxs tutulub

  • + A
  • - A
  • 4-08-2022, 11:42

    Qobustanda şəhid ailəsinə məxsus evdən oğurluq edən şəxs tutulub

    Qobustan rayonunun Nabur kəndində yerləşən şəhid ailəsinə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Müraciət əsasında polis əməkdaşları hadisə yerində olub, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə,keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Ceyhun Abdulalıyev tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqələrinə satdığını bildirib.
    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR