AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lerikdə ağır qəza - 8 nəfər dünyasını dəyişib, yaralılar xəstəxanaya yerləşdirilib - Rəsmi

  • + A
  • - A
  • 4-09-2022, 17:32

    Lerikdə ağır qəza - 8 nəfər dünyasını dəyişib, yaralılar xəstəxanaya yerləşdirilib - Rəsmi

    Xəbər verdiyimiz kimi, Lerikdə ağır yol qəzası baş verib.
    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin Azadmedia.az-a verdiyi məlumata görə hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. İlkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR