AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacıqabulda şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb

  • + A
  • - A
  • 7-09-2022, 10:10

    Hacıqabulda şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Bakı-Qazax avtomagistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlarında şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb.
    Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 174 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin əynində ağ qısaqol köynək, göy rəngli cins şalvar və qara kəmər olub.
    Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR