AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni dərs ilinin başlaması ilə əlaqədar Salyan DYP əməkdaşları hazırlıq işləri aparır

  • + A
  • - A
  • 9-09-2022, 11:22

    Yeni dərs ilinin başlaması ilə əlaqədar Salyan DYP əməkdaşları hazırlıq işləri aparır

    Yeni dərs ilinin başlaması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi işlərini həyata keçiriblər.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, təhlükəsizlik tədbirləri rayon ərazisindəki təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında görülüb.
    Həyata keçirilən tədbirlər çərçivəsində əməkdaşlar tərəfindən Salyan rayon ərazisində olan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, 30-dan artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə məktəbin qarşısında yeni zolaqlar salınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR