AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lerikdə ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib

  • + A
  • - A
  • 19-09-2022, 14:29

    Lerikdə ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lerik rayonu, Hücü kəndi ərazisindəki pay torpağı sahələrində ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakinləri İslam Şabanov, Cahil Hüseynov, Hidayət Rüstəmov, Elnur Rüstəmov və Fərhad İbadov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 29900 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR