AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda kollecdə baş verən yanğının səbəbi AÇIQLANDI - YENİLƏNİB + FOTO

  • + A
  • - A
  • 16-01-2023, 20:36

    Azərbaycanda kollecdə baş verən yanğının səbəbi AÇIQLANDI - YENİLƏNİB + FOTO

    Gəncədə kollecdəki yanğında 14 nəfər tüstüdən zəhərlənib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində yanğın ilkin araşdırmaya görə, qısaqapanma nəticəsində baş verib.

    Zəhərlənən şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

    15:49

    Gəncə şəhərində yerləşən Gəncə Dövlət Regional Kollecində yanğın olub, 10-dan çox tələbə tüstüdən zəhərlənib.

    “Report” xəbər verir ki, zəhərlənən tələbələr xəstəxanaya yerləşdiriliblər.

    Məlumata görə, hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, bu gün daha əvvəl Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında da yanğın baş verib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR