AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabunçu rayonunda yük avtomobillərinin akkumlyatorlarını oğurlayan şəxslər saxlanılıblar

  • + A
  • - A
  • 18-01-2023, 14:57

    Sabunçu rayonunda yük avtomobillərinin akkumlyatorlarını oğurlayan şəxslər saxlanılıblar

    Sabunçu rayonunda yük avtomobillərindən oğurluq edən şəxslər saxlanılıblar. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev tutulublar. Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub. Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər. Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR