AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 11-03-2024, 10:52

    Sutka ərzində baş verən cinayət və hadisələr


    DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    9-10 mart tarixlərində ölkə ərazisində qeydə alınan 110, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.
    ***

    Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupununun məlumatına görə, rayonun Şəybək kəndi ərazisindən 1 ədəd avtomat və 2 ədəd tank mərmisi aşkar edilib.

    Araşdırma aparılır.
    ***

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

    *Martın 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 qumbara, 9 tüfəng, 2 patron darağı və 702 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.*
    ***

    Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir

    Martın 9-da və 10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tapança, 2 tüfəng, 7 patron darağı və 152 ədəd patron aşkar edilərək götürülüb.
    ***

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
    ***

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da və 10-da ümumi çəkisi 43,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi olub.
    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
    ***

    Bank kartından oğurluq

    *Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* rayon ərazisində evlərin birindən 1000 manat pul və bank kartı, həmin kartdan isə 600 manat pul oğurlamaqda şübhəli bilinən Cəsur Mikayılov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.
    ***

    *Oğurluq*

    Martın 9-da Yasamal rayonu ərazisində mənzillərin birindən geyim əşyaları və içərisində 2 ədəd mobil telefon, bank kartı, açar, sənəd olan əl çantasının oğurlanması, həmin bank kartından isə 93 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.

    *Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlində şübhəli bilinən əvvəllər də dəfələrlə məhkum olunan qadın saxlanılıb.

    Araşdırma aparılır.
    ***

    *Axtarışda olan şəxs saxlanılıb*

    *Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (Oğurluq) axtarışda olan Amin Bəkirov saxlanılıb.

    Araşdırmalarla onun Nəsimi rayonu ərazisində mağazaların birindən 470 manat pul, 2140 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlaması müəyyən edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR