AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” “Molde” ilə oyun üçün heyətini UEFA-ya yolladı: Yeni transfer də var

  • + A
  • - A
  • 11-09-2020, 21:00

    “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin “Molde” ilə oyunu üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

    Avropanın ali futbol qurumunun rəsmi saytında yer alan siyahıda 23 futbolçunun adı qeyd edilib.

    Ağdam klubu yeni transferi Patrik Andradeni də siyahəya əlavə edib.

    Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayhan Arazlı

    Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

    Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 27. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 77. Donald Gerye

    Hücumçular: 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 22. Musa Qurbanlı

    Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR