AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Türkiyəyə qoyduğu kvotaya dəyişiklik etdi – Azərbaycan üçün nəticəsi nə olacaq?

  • + A
  • - A
  • 8-04-2021, 13:54


    Rusiya Türkiyədən pomidor idxalına tətbiq edilən kvotanı artıracaq. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı təklifini hökumətə verib.

    AzadMedia.az bildirir ki, təklifə əsasən kvotanın miqdarı 250 min tondan 300 min tona qaldırılacaq.

    Xatırladaq ki, 2015-ci ildə Türkiyə Suriya ilə sərhəddə Rusiyaya məxsus döyüş təyyarəsini vurduqdaan sonra Rusiya Türkiyədən meyvə-tərəvəz idxalına qadağa tətbiq etmişdi. Türkiyənin üzrxahlığından sonra Rusiya 2017-ci ildə qadağanı aradan qaldırsa da, idxala kvota tətbiq etdi.

    Rusiyanın Türkiyədən meyvə-tərəvəz idxalına məhdudiyyət tətbiq etməsi Azərbaycandan Rusiyaya eyni növ malların ixracında artıma səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR