Ruusiyanın "Azimut" aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə reysi təxirə salıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Mənbənin məlumatına görə, təyyarə Bakıda mayın 11-də saat 03:20-də eniş etməli idi.
"Daşıyıcı Rusiya aviaşirkəti olduğu üçün reysin təxirə salınmasının səbəbi məlum deyil", - hava limanından bildiriblər.
Qeyd edək ki, "Azimut" aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları mayın 9-dan bərpa etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.