AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Liposaksiya əməliyyatında ölüm halları niyə artır?

  • + A
  • - A
  • 22-02-2021, 00:13


    Son zamanlar estetik əməliyyatlarla arıqlamaq, istədiyi bədən formasına sahib olmaq istəyi insanlar arasında geniş yayılıb.
    Bu üsulla daha qısa müddətdə qalıcı nəticə əldə etmək mümkün olduğu üçün xüsusən qadınlar piylərini liposaksiya metodu ilə, piy sovurma ilə kənarlaşdırmağa üstünlük verirlər.
    Ancaq son zamanlar əslində təhlükəsiz kimi bilinən, təqdim olunan liposaksiya proseduru bir çoxlarının həyatına son verib. Təkcə Azərbaycanda hələ mətbuata məlum faktlar il ərzində 4-5 nəfəri keçir.

    Həkimlər bu əməliyyatın xəstənin həyatı üçün təhlükəsiz olduğunu bildirsələr də, fakt faktlığında qalır.

    Niyə bu kiçik əməliyyat ölümə yol açır? Həkim səriştəsizliyi yoxsa, risk? Hansı xəstələrə bu proseduru etdirmək olmaz?
    Liposaksiya əməliyyatının həyata keçirildiyi cihazlar son illər çox təkmilləşib və uğurun yarısı da bu cihazlardan asılıdır.
    "Bu cihaz dəri altındakı piy toxumasını əridib, maye halına salaraq sovurub çıxarır. Həmin piy kütləsi yenidən işlənərək, bədənin müəyyən nahiyələrinə yeridilərək şəkilləndirilir.
    Prosedur zamanı yaranan piy və ağciyər emboliyası xəstənin həyatına son qoya bilər. Əslində sadalanan bu problemlər daha köhnə model aparatlarla edilən əməliyyatlarda müşahidə edilir. Bu zaman aparat piy toxumasını zədələyir, qan dövranını pozur, piy parçası qan damarlarına düşərək tənəffüs yollarını tutur, xəstənin vəfat etməsinə gətirib çıxarır.

    Lakin son model liposaksiya aparatları təhlükəsiz hesab edilir. Çünki bu aparatlar sensorlarla təchiz olunub. Əməliyyat zamanı aparatın ucu yalnız piy toxumasına toxunduqda işləyir. Damar, əzələ, sümük və digər toxumaya çatdıqda, aparat sönür, yəni fəaliyyətini dayandırır. Bu isə əməliyyat zamanı yaranan bütün risqləri aradan qaldırır, həkimin səhv etməsinin də qarşısını alır. Son model liposaksiya aparatı ilə edilən əməliyat zamanı ölüm riski demək olar ki, sıfıra enir.
    Bu aparatla piylər çıxarılan nahiyədə dəri sallanmaları da müşahidə edilmir. Əməliyyatdan zamanı əridilərək toplanan piy yenidən işlənələrək, hazır hala gətirilib pasiyentin istəyinə uyğun olaraq bədəninin müxtəlif nahiyələrinə yeridilir.

    Bədən şəkilləndirmə zamanı ən çox qarın, qol və bud nahiyəsindən alınan piy sağrı, süd vəzi, hətta dodaq kimi hissələrə əlavə edilir. Beləliklə də pasiyentin öz piylərindən ona yeni forma verilir.

    Prosedurdan sonra əməliyyat olunan pasiyent istədiyi bədən quruluşuna qovuşmaq üçün bir sıra korreksiyalar da etdirməlidir. Yalnız bundan sonra əldə edilən bədən forması bütün ömür boyu şəklini qoruyur.

    Həkim onu da bildirdi ki, liposaksiya üçün hər hansı qadağa yoxdur. Yaş məhdudiyyyəti qoyulmayıb, xəstəliklər də əks göstəriş deyil. Hətta şəkər xəstələrinə də olar. Bir sözlə, kimin ehtiyacı varsa, bu əməliyyatdan keçə bilər. Qeyd edək ki, əməliyyat yerli anesteziya ilə olunur, ümumi narkoz verilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR