AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlıq subyektlərinin bölgüsünə dair yeni prosedur müəyyənləşib

  • + A
  • - A
  • Bu gün, 17:25

    Sahibkarlıq subyektlərinin bölgüsünə dair yeni prosedur müəyyənləşib

    Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalacaq.

    Nazirlər Kabinetinin qərarı ilə bununla bağlı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na yeni - 5-ci hissə əlavə edilib.

    Qeyd edək ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkar, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkar, işçi sayı 51-dən 250-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkar, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkar hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR