AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda mobil cihazların bazar payı son 4 ayda 40 % azalıb

  • + A
  • - A
  • 3-11-2025, 12:07

    Azərbaycanda mobil cihazların bazar payı son 4 ayda 40 % azalıb

    Bu ilin oktyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 47,94 % təşkil edib.

    "Statcounter" agentliyinin hesabatına görə bu, sentyabr ayına nisbətən 8,72 faiz bəndi, bir il əvvələ nisbətən isə 23,6 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq dördüncü aydır azalır (ümumi azalma 40 % təşkil edib).

    Kompüterlərin bazar payı aylıq 8,85 faiz bəndi, illik müqayisədə isə 24,11 faiz bəndi artaraq 51,63 % olub.

    Oktyabrda planşetlərin bazar payı 0,44 % təşkil edib. Bu, əvvəlki aya nisbətən 0,12 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,50 faiz bəndi azdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR