Qələbənin 5-ci ildönümü ərəfəsində Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və köməkçiləri ilə birlikdə Masallı rayonunun Göyəçöl İnzibati Ərazi Dairəsində şəhid ailələri ilə görüş keçirib, 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ailələr dinlənilib. Deputat Məşhur Məmmədov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı ölkənin bütün bölgələrində ardıcıl şəkildə icra olunur.
O vurğulayıb ki, bu siyasətin əsas məqsədi ailələrin həyat şəraitinin yaxşılaşdırılması, mənəvi dəstəyin gücləndirilməsi və onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaratmaqdır.
Görüş zamanı şəhid ailələri dövlətin qayğısını daim hiss etdiklərini, onların xatirəsinin uca tutulduğunu vurğulayaraq, göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda Məşhur Məmmədov şəhidlərimizin ruhuna dərin ehtiramını ifadə edərək, ailələrə möhkəm can sağlığı və səbir arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.