Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib

Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edilib.
AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Eldar Əmirovun saxlanması ilə bağlı xəbəri ilk olaraq manşet.az saytı yayımlayıb.(Report)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.