AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbizlik zamanı ən yaxşı kömək edən MÜALİCƏVİ BİTKİ

  • + A
  • - A
  • 17-04-2021, 23:04


    Müasir insanların əksəriyyəti azhərəkətli həyat tərzi sürür, fast-fuda üstünlük verir, daim streslərə məruz qalır ki, bunun nəticəsində bağırsaqların fəsliyyəti pozulur, ləngiyir, qəbizlik yaranır.

    Bir çox hallarda fiziki aktivlik, düzgün qidalanma və kifayət miqdarda mayenin qəbulu insanı qəbizlikdən xilas edə bilir. Bəzi müalicəvi bitkilər də bu işdə kömək edir.
    Saglamolun.az bildirir ki, Rusiya Qastroenteroloji Assosiasiyası qəbizliklə mübarizə ermək üçün bağayarpağı toxumlarında istifadə etməyi tövsiyə edir. Bu toxumun gündəlik qəbulu əksər insanlarda bağırsaqların normal fəaliyyətini təmin edir və qəbizliyi aradan qaldırır.

    İstifadə qaydası

    Bağayarpağı toxumunun 1 x.q. üzərinə 1 stəkan qaynar su əlavə olunur, 30 dəqiqə su hamamında dəmlənilir, ilıq olandan sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla ilıq halda içilir. Dəmləməni qəbul edəndə gün ərzində daha çox su içmək lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR