AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beyin çipi ilk dəfə insan beyninə implantasiya edildi

  • + A
  • - A
  • 30-01-2024, 14:17

    Beyin çipi ilk dəfə insan beyninə implantasiya edildi

    Nəhayət ki Elon Musk beyin çipinin ilk dəfə insan beyninə implantasiya edildiyini açıqladı.

    ABŞ-ın Neuralink neyrotexnologiya şirkətinin qurucusu Elon Musk insana ilk dəfə beyin çipinin yerləşdirildiyini açıqlayıb. Bu barədə o X sosial media hesabındakı paylaşımında ilk dəfə Neuralink vasitəsilə insana implantasiya edildiyini bildirib. İlon qeyd edir ki, bərpa prosesinin yaxşı gedir və ilk nəticələrin ümid vericidir.

    İlk Neuralink məhsulunun adının "Telepatiya" olduğunu, telefon, kompüterin və demək olar ki, hər hansı bir cihazın sadəcə düşünərək idarə edilməsini təmin etdiyini ifadə etdi.

    İlk istifadəçilərin əzalarını istifadə etmə qabiliyyətini itirmiş insanlar olacağını bildirib, Sitat: "Təsəvvür edin ki, Stiven Hokinq sürətli məmur və ya hərracçıdan daha sürətli ünsiyyət qura bilir. Məqsəd budur".

    Qeyd: Neuralink, 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq alındığını açıqlamışdı. Bildiyimiz kimi daha öncədən meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb. 2016-cı ildə ABŞ-da qurulan Neuralink neyrotexnologiya şirkəti beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR