AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bolqarıstanda festival - Azərbaycanın mədəni irsi nümayiş olundu

  • + A
  • - A
  • Bu gün, 10:30

    Bolqarıstanda festival - Azərbaycanın mədəni irsi nümayiş olundu

    Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "BSS İllik Beynəlxalq Festivalı 2026" mədəni tədbirində təmsil olunub.

    Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

    Bildirilib ki, festival çərçivəsində Azərbaycanın zəngin mədəni irsi dünyanın müxtəlif yerlərindən olan insanlara nümayiş etdirilib.

    "Günün xüsusi diqqət çəkən məqamı azərbaycanlı şagirdlər tərəfindən Azərbaycanın ənənəvi "Uzundərə" rəqsinin ifa edilməsi olub. Bu da tamaşaçıları heyran edib".

    Qeyd edək ki, "BSS İllik Beynəlxalq Festivalı 2026" Bolqarıstandakı Sofiya Britaniya Məktəbi tərəfindən hər il keçirilən böyük mədəni tədbirdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR