AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lahor Qala Şəhəri Administrasiyası ilə "Dostluq və Əməkdaşlıq haqqında Protokol" imzalayıb

  • + A
  • - A
  • 23-11-2021, 19:57


    Bu gündən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistan İslam Respublikasının Lahor şəhərinə rəsmi səfəri başlayıb. 23-25 noyabr tarixlərini əhatə edəcək 3 günlük səfər çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Lahor Qala Şəhəri Administrasiyası arasında
    "Dostluq və Əməkdaşlıq haqqında Protokol" imzalanması nəzərdə tutulur. Hər iki qədim şəhərin idarəetmə aparatı, habelə Azərbaycan və Pakistan arasındakı mədəni, iqtisadi əlaqələri gücləndirəcək bu sənədlə yanaşı nümayəndə heyətinin Lahor şəhərinin müxtəlif tarixi məkanlarına ziyarəti nəzərdə tutulub.

    Səfərin birinci günü İdarə heyətinin sədri Əsgər Ələkbərovun başçılığı ilə Lahor Qala Şəhəri Administrasiyasının baş direktoru Kamran Laşari və qurumun digər nümayəndələri görüş keçirilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

    Daha sonra nümayəndə heyəti Pakistanın məşhur "Khaadi" brendinin məhsulları ilə tanış olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR