AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Azərbaycan Partiyasının daha bir uğuru

  • + A
  • - A
  • 5-03-2021, 21:49


    Balaşirin Nəsirov,
    Lerik Bələdiyyəsinin sədri

    5 mart tarixində Yeni Azərbaycan partiyasının VII qurultayı keçirilmişdir. Qurultayda möhtərəm prezident İlham Əliyev yenidən Yeni Azərbaycan Partiyasına sədr seçildiyinə görə onu öz adımdan və bir bələdiyyə sədri kimi seçicilərim adından təbrik edir, gələcək fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirəm.
    Bu gün Azərbaycanda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının uğurları və cəmiyyətdə reytinqi günbəgün artmaqdadır. 5 mart 2021 - ci il tarixində hakim partiyanın keçirdiyi VIl qurultayda 6 siyasi partiyanın ona qoşulması bu partiyanın ölkədə daha nüfuzlu və qalib partiya olmasını bir daha sübut etdi . Doğrudur , 44 günlük Vətən müharibəsi dövründə milli birlik özünü çox gözəl göstərmişdir. Hamı bir nəfər kimi birləşərək vətənin bütövlüyü naminə mübarizə və müharibə apardı. Məhz bu birliyin nəticəsi idi ki, xalqımızın 30 illik problemi 44 günlük müharibə nəticəsində həll olundu. Torpaqlarımız mənfur işğalçılardan geri alındı.
    Azərbaycan Prezidentinin " Biz birlikdə güclüyük" şüarı sanki bütün xalqa bir çağırış oldu. Ayrı-ayrı siyasi partiyalar da bir daha anladılar ki, harda birlik varsa , orda qələbə və uğur var.
    Cənab prezidentin bu şüarının nəticəsi idi ki, bu gün 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına tərəf gəldi və hakim partiya ilə birləşdi. Bu partiyaların YAP-a birləşməyə razılaşmaları bir daha sübut edir hakim partiya bütün müxalif partiyalarla hər zaman dialoqa girməyə hazırdır. Əslində , YAP- ın bu addımı təşkilatın lideri, ölkə rəhbəri cənab prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən həmrəylik siyasəti, 44 günlük vətən müharibəsində qazanılmış qələbənin nəticəsində əldə edilmiş milli birliyin real işə düşməsidir .

    Qurultayda 6 siyasi partiyanın YAP-a birləşməsi həm də ölkədə hakim partiyanın milli həmrəyliyi yeni inkişaf mərhələsi qoymaq deməkdir, iqtidar xalq modelinin başlanğıcı deməkdir.
    YAP bu birləşmə ilə daha da güclənəcək , bu partiyaların YAP-la birləşməsi hakim partiyada siyasi rəqabəti, partiyadaxili demokratiyanı gücləndirəcək. Bu da ölkədə yeni siyasi mühit yaradacaq. Bu partiyaların YAP-a qoşulması cəmiyyətdə iqtidara olan müsbət fikir və inamın göstəricisi kimi də qiymətləndirmək olar .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR