AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistanın nəqliyyat naziri “Azərbaycan” gəmi-bərəsində olub

  • + A
  • - A
  • 28-07-2021, 16:48


    Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov, eləcə də Qazaxıstanın bir sıra yüksək vəzifəli şəxsləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus RoPax tipli “Azərbaycan” gəmi-bərəsinə baş çəkiblər. Onlar Qazaxıstanın Kurık limanında gəmi ilə yaxından tanış olublar.

    Kapitan Ayaz Pirmuradov gəmi-bərənin imkanları və texniki göstəriciləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq qabiliyyətinə malikdir.

    Qeyd edək ki, ASCO-nun RoPax tipli “Azərbaycan” gəmi-bərəsi bu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR