AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Britaniyada hökumət avtomobilində Çinin izləmə sensoru tapılıb - ŞOK

  • + A
  • - A
  • 8-01-2023, 02:37

    Britaniyada hökumət avtomobilində Çinin izləmə sensoru tapılıb - ŞOK

    Britaniyanın “i” qəzetinin xəbərinə görə, Britaniya hökumətinin üzvlərinin istifadə etdiyi avtomobildə məkan məlumatlarını ötürən gizli cihaz tapılıb. Nəşrin kəşfiyyatdakı mənbələrinə görə, bunun arxasında Çin kəşfiyyat xidmətləri dayana bilər.

    Geolokasiya cihazı Çindən gətirilən “möhürlənmiş hissənin” içərisində tapılıb. Qəzetin yazdığına görə, söhbət məkan məlumatlarını ötürə bilən SİM kartdan gedir. Mənbələr i-yə bildiriblər ki, belə bir cihaz daim hərəkətləri qeydə almağa və “fəaliyyətin zəngin mənzərəsini” yaratmağa imkan verir.

    Adı açıqlanmayan kəşfiyyat rəsmilərinin sözlərinə görə, tapıntı Çinin “nazir maşınlarının konkret hədəfi” deyil, Qərbdə müşahidəyə “geniş yanaşma”nın göstəricisidir. Əvvəllər krallığın təhlükəsizlik xidmətlərində çalışmış i-nin həmsöhbəti məlumatı təkcə Çinin deyil, Rusiyanın da ala biləcəyini təklif edib.

    Britaniya qəzeti qeyd edir ki, SİM kartlar bir çox müasir avtomobillərin müxtəlif komponentlərində quraşdırılır. Bu, istehsalçılara maşınların işləməsi haqqında məlumat əldə etməyə imkan verir. BMW, Jaguar Land Rover, Volkswagen və Volvo kimi istehsalçılar avtomobilləri beşinci nəsil rabitə cihazları ilə təchiz etmək üçün Çinin Unicom şirkəti ilə əməkdaşlıq edirlər. Azadmedia.az xatırladır ki, 2021-ci ildə Unicom ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi müəyyən edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR