AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ordusu hücumlara cavab olaraq Hizbullah hədəflərinə zərbələr endirdiyini bildirib

  • + A
  • - A
  • 21-10-2023, 10:38

    İsrail ordusu hücumlara cavab olaraq Hizbullah hədəflərinə zərbələr endirdiyini bildirib


    İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarələr raket hücumlarına cavab olaraq Livandakı şiə təşkilatı Hizbullahın hədəflərinə zərbələr endirib. TASS xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin yaydığı məlumatda deyilir.

    “İsrailə doğru atılan raket və tank əleyhinə raketlərə cavab olaraq, İDF təyyarələri son bir neçə saat ərzində Hizbullah terrorçularının hədəflərini vurur. Bundan əlavə, İsrail Müdafiə Qüvvələri sərhəddə yerləşən və İsrail istiqamətinə yönəlmiş tank əleyhinə raket buraxılış qurğularına hücum edib”, - məlumatda deyilir.

    İsrail hərbçiləri "İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün cəbhələrdə fəaliyyətə hazır olduqlarını və davam edəcəklərini" bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR