AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir açıqladı: Rekord göstərici qeydə alındı...

  • + A
  • - A
  • 10-08-2020, 20:00

    Nazir açıqladı: Rekord göstərici qeydə alındı...

    Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb.

    Azadmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib ki, ötən dövr ərzində dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirildi. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımla əhatə olunub.

    Həmçinin bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev, 400 avtomobilin verilməsi nəzərdə tutulub. 65 yaşdan yuxarı ahıl şəxslərə sosial xidmətlərin göstərilməsi proqramı 15 min nəfəri əhatə edir.

    Xüsusi karantin rejimi dövründə 100 mindən çox ailəyə 200 min ərzaq payı təqdim edildi. Ümumilikdə isə sosial təminat proqramları 500 mindən çox insanı əhatə etdi və bunun üçün 200 milyon vəsait yönəldildi.

    Həmçinin sosial müdafiə üzrə 2 milyon, əmək münasibətlərinin qorunması üzrə 1 milyon 660 min, işsizlik və karantin dövründə gəlirini itirən aztəminatlılar üzrə 700 mindən artıq vətəndaşa dəstək göstərildi. “Görülmüş bu tədbirlər bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir”, - nazir qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR