AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Bankının nümayəndələri ADAU-da olublar

  • + A
  • - A
  • 7-10-2021, 21:00

    Dünya Bankının nümayəndələri ADAU-da olublar


    “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi və Dünya Bankının nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə Dünya Bankının birgə icra etdikləri “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Aqrar Universitetdə həyata keçirilən layihələrin icrası və nəticələri barədə fikir mübadiləsi aparmaqdır.
    Görüşdə “Kənd təsərrüfatı rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin direktoru Anar Əzimov, layihənin əməkdaşı Azər Sərdarlı, Dünya Bankının əməliyyat üzrə meneceri Rufiz Çıraqzadə, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl, Dünya Bankının ictimaiyyətlə əlaqələr üzrə eksperti Zaur Rzayev iştirak ediblər.
    Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov həyata keçirilən layihələrdən məmnunluğunu bildirərək, əməkdaşlıq perspektivləri və yeni layihələr haqqında müzakirələr aparıb.
    Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl gələcəkdə yeni layihələrin həyata keçirilməsi və əməkdaşlıqlar istiqamətində fikirlərinin müsbət olduğunu qeyd edib.
    Sonra qonaqlar universitetin Eksperimental heyvandarlıq kompleksi, Baytarlıq fakültəsi, Patoloji anatomiya muzeyi və Müasir tədris korpusuna baş çəkiblər. Universitetin bitki mühafizəsi ixtisası üzrə tələbə-müəllim heyəti ilə görüş keçirilib və layihə dəstəyi ilə müəyyənləşdirilmiş bitki mühafizəsi ixtisası üzrə kurikulumun nəticələri barədə fikir mübadiləsi aparılıb.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR