AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"UKRAYNA VƏ RUSİYA LİDERLƏRİ GÖRÜŞMƏLİDİR"

  • + A
  • - A
  • 26-08-2025, 07:43

    "UKRAYNA VƏ RUSİYA LİDERLƏRİ GÖRÜŞMƏLİDİR"

    ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın yeni seçilmiş Prezidenti Li Cae Miyonq ilə Ağ Evdə görüş keçirib. İclas öncəsi Tramp sosial şəbəkədə açıqlama verərək Cənubi Koreyada “təmizləmə və ya inqilab” baş verdiyini iddia edib və Seulla əməkdaşlığı dayandıra biləcəyi ilə hədələyib.

    Lakin Oval ofisdəki görüş gərgin deyil, əksinə, mehriban atmosferdə keçib.
    Tərəflər ikitərəfli əməkdaşlıq, təhlükəsizlik məsələləri və beynəlxalq gündəmdəki əsas münaqişələr ətrafında fikir mübadiləsi aparıblar.

    Tramp Rusiya ilə Ukrayna arasında müharibəyə toxunaraq bildirib ki, bu münaqişənin həlli ilk növbədə tərəflərin siyasi iradəsindən asılıdır. Onun sözlərinə görə, Moskva və Kiyev liderlərinin birbaşa dialoqu sülhün əldə olunması üçün əsas şərtlərdəndir.

    “Bu məsələdə razılıq üçün iki tərəf lazımdır. Vladimir Putin və Volodimir Zelenski mütləq görüşməlidirlər. Mən hesab edirəm ki, onların danışıqları əvvəlcə mənim iştirakım olmadan baş tutmalıdır və bəlkə də razılaşma həmin mərhələdə əldə olunacaq. Bu günə qədər görülməmiş bir müharibə ilə üz-üzəyik. Bu, tamamilə yeni xarakter daşıyan bir münaqişədir – dron müharibəsidir. Biz hazırda bu prosesi Müdafiə Nazirliyi səviyyəsində dərindən öyrənirik. Mən deyə bilərəm ki, İkinci Dünya Müharibəsindən sonra belə genişmiqyaslı, dağıdıcı və zorakı münaqişə yaşanmayıb. Çoxlu sayda insan həyatını itirir və mən istəyirəm ki, bu müharibə dayansın. Əgər zərurət yaranarsa, mən özüm danışıqlara birbaşa qatılacağam və prosesə çox ciddi müdaxilə edəcəyəm.”

    Tramp eyni zamanda qeyd edib ki, ABŞ Ukraynaya maliyyə yardımı göstərmir və münaqişənin həlli üçün ilkin olaraq tərəflərin öz aralarında razılıq əldə etməsi vacibdir.

    Görüşdə ABŞ-Cənubi Koreya münasibətləri də müzakirə olunub. Hazırda Cənubi Koreyada 40 mindən çox amerikalı hərbçinin yerləşdiyini xatırladan Tramp bildirib ki, gələcəkdə ABŞ bu ölkədəki hərbi bazaların icarəsini ləğv edərək torpaq üzərində mülkiyyət hüququ əldə etmək niyyətindədir.

    Şimali Koreya məsələsinə də toxunan ABŞ lideri Pxenyan rəhbəri Kim Çen Inla münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb. Tramp Koreya yarımadasında nüvə qarşıdurmasının qarşısının məhz onun siyasəti sayəsində alındığını deyib və yaxın gələcəkdə Kimlə yenidən görüşə biləcəyini istisna etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR