AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çavuşoğlu: “Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışırıq”

  • + A
  • - A
  • 24-11-2020, 13:58



    Türkiyə ilə Rusiya arasındakı münasibətlər ortaq maraqlara və qarşılıqlı hörmətə söykənir.

    TASS xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu deyib.

    Onun sözlərinə görə, hər iki dövlət arasında münasibətlərin müsbət dinamikada inkişafı davam edir.

    “Rusiya ilə münasibətlərimiz xarici siyasətimizin vacib tərəfidir. Türkiyə ilə Rusiya Federasiyası arasındakı münasibətlər ortaq maraqlara və qarşılıqlı hörmətə söykənir. Rusiya ilə razılığa gələ bilməyəcəyimiz məsələlərin olmasına baxmayaraq, canlı dialoq aparmağa və ortaq məxrəcə gəlməyə çalışırıq. Dialoqumuz Dağlıq Qarabağda olduğu kimi nəzərəçarpacaq nəticələr verməyə davam edir”.

    Türkiyəli nazir bildirib ki, ölkəsi qarşıdakı dövrdə də Rusiya ilə bu strateji yanaşmaya sadiq qalmağa davam edəcək.

    Çavuşoğlu qeyd edib ki, 2020-ci ilin ilk 9 ayında Türkiyə ilə Rusiya arasındakı ikitərəfli ticarətin həcmi 14 milyard dollar olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR