Mövlud Çavuşoğlunun İrana səfər edəcəyi tarix açıqlandı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah İrana səfər edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın XİN rəhbəri Hüseyin Əmir Abdullahiyanı Çavuşoğlunu ölkəsinə səfərə dəvət edib.
Səfər çərçivəsində iki ölkə arasındakı əlaqələr hərtərəfli müzakirə olunacaq, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR