AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin Paşinyanla Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

  • + A
  • - A
  • 21-02-2022, 23:09

    Putin Paşinyanla Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib

    Kremlin saytı xəbər verir ki, Rusiya lideri Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.
    Azadmedia.az xəbər verir ki, telefon danışıqları zamanı hər iki tərəf “Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin ardıcıl icrasının vacibliyini vurğuladılar”. Aydın olur ki, bu, xüsusilə Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə tədbirlərə, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına yönəlmiş addımlara aiddir.

    Xəbərdə deyilir ki, tərəflər regionda sülh və əməkdaşlıq münasibətlərinin qurulması səyləri ilə bağlı digər məsələlərə də toxunublar.

    Əlavə edək ki, söhbət Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşü ərəfəsində olub. Liderlərin danışıqları çərşənbə axşamı, fevralın 22-də Moskvada keçiriləcək.

    Nəticədə müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması gözlənilir. Bundan əlavə, Putin və Əliyev Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə etməyi planlaşdırırlar.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR