AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vladimir Putinlə Nikol Paşinyan arasında Qarabağ ətrafında vəziyyət müzakirə olunub

  • + A
  • - A
  • 14-05-2021, 12:35

    Vladimir Putinlə Nikol Paşinyan arasında Qarabağ ətrafında vəziyyət müzakirə olunub

    Azadmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

    Belə ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, “Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinini səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Qarabağ ətrafında vəziyyət müzakirə olunub. Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisə ilə bağlı aparılan fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb”, - məlumatda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR