AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunun əhalisinin sayı açıqlanıb - STATİSTİKA

  • + A
  • - A
  • 28-02-2023, 19:43


    Masallı rayonunun əhalisinin sayı açıqlanıb - STATİSTİKA


    Bakı, 28 fevral — Azadmedia.az

    Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 01.01.2023-cü il vəziyyətinə Masallı rayonu üzrə əhalinin sayı 225,3 min nəfər olmuşdur.

    Cədvəl 1
    Əhalinin təbii hərəkətinin əsas göstəriciləri -

    2022-ci ildə rayonda 2743 doğum qeydə alınmışdır ki, bu da ötən illə müqayisədə 12,5 faiz və ya 304 doğum çoxdur. 2022-ci ildə 1244 ölüm halı qeydə alınmışdır. Bu ötən illə müqayisədə 15,2 faiz və ya 223 ölüm az olmuşdur.
    Əhalinin təbii artımı 1499 nəfər təşkil etmişdir.
    2022-ci ildə rayonda 1281 nikah qeydə alınmışdır. Bu ötən illə müqayisədə 41,9 faiz və ya 378 nikah çoxdur.
    2022-ci ildə 299 boşanma halı qeydə alınmışdır. Boşanmalar ötən illə müqayisədə 27,3 faiz və ya 112 boşanma azdır.
    Əhalinin hər min nəfərinə təbii artım göstəricisi 6,7 olmuşdur.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR