Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatıSon günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.
Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.