AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb

  • + A
  • - A
  • Bu gün, 13:48

    Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb

    Son iki ayda Azərbaycandan Rusiyaya pomidor ixracı kəskin azalıb.

    Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin ilk yeddi ayında Rusiyaya 149 milyon 541 min ABŞ dolları dəyərində, 138 min 816 ton pomidor göndərilib. Bu, aylıq orta hesabla təxminən 19,8 min ton ixrac həcmi deməkdir.

    Lakin avqust ayında Rusiyaya pomidor ixracı cəmi 400 ton təşkil edib. Sentyabrda isə ölkədən ümumilikdə pomidor ixracı 35 ton səviyyəsində olub. Beləliklə, son iki ay ərzində Azərbaycandan Rusiyaya pomidor tədarükü faktiki olaraq dayanıb.

    Qeyd edək ki, Rusiya bazarı Azərbaycanın ümumi pomidor ixracının təxminən 97 faizini təşkil edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR