Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişib.
Bir müddətdir vətəndaşlara yenilənmiş şəxsiyyət vəsiqələri təqdim edilir.
Qeyd edək ki, avqust ayında Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə edilib. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdirilib.
Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.