AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallı” qrupda liderliyi ələ alıb

  • + A
  • - A
  • 31-01-2022, 12:35

    “Masallı” qrupda liderliyi ələ alıb

    Kişi voleybolçular arasında ölkə çempionatının I Liqa yarışları


    Yanvarın 30-da kişi voleybolçular arasında Azərbaycan çempionatının Birinci Liqa yarışlarının dördüncü turuna yekun vurulub.
    “Masallı” voleybolçuları “Azərbaycan Ali Hərbi Məktəbi” komandası ilə görüşdən qalib ayrılıblar.
    Qarşılaşmanın üç setində də inamlı qələbə çalan “Masallı” komandası (25:23, 25:22, 25:21) qrup liderini üstələyərək birinci pilləyə yüksəlib.

    Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, “Taleh-A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” iki qrupda iki dövrədən ibarət olmaqla mübarizə aparır.
    Akif AĞAYEV,
    Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR