AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran şəhər İH-nin başçısı Şəhid Əflatun Fərəcovun anım günündə məzarını ziyarət edib - FOTO

  • + A
  • - A
  • 22-11-2022, 14:56

    Lənkəran şəhər İH-nin başçısı Şəhid Əflatun Fərəcovun anım günündə məzarını ziyarət edib  - FOTO


    Taleh Qaraşov şəhid Əflatun Fərəcovun anım günündə məzarını ziyarət edib.

    Azadmedia.az xəbər verir ki, noyabrın 21-də şəhidimiz Fərəcov Əflatun Mircahangir oğlunun anım günü ilə bağlı məzarı ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhid ailələrin üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Osakücə kənd qəbiristanlığında dəfn olunan bütün şəhidlərimizin məzarları ziyarət edilib. Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın qəbirləri üzərinə tər güllər düzülüb və ruhlarına dualar olunub.

    Belə ki, İcra başçısı şəhidlərimizin ailə üzvləri ilə yaxından maraqlanıb və onların qayğılarını dinləyib. Taleh Qaraşov qeyd edib ki, ərazi bütövlüyümüzü təmin edən, suveren hüquqlarımızı bərpa edən şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir və onları sevgi və hörmətlə anmaq mənəvi borcumuzdur.

    İcra başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində təkcə torpaqlarımız azad olunmayıb, eyni zamanda, siyasi leksikonumuzdan “qaçqın” və “məcburi köçkün” anlayışları çıxarılıb: “Şəhidlərimizin canı, qazilərimizin qanı ilə beynəlxalq hüququ, ədaləti bərpa edən Müzəffər Ordumuz 30 il köçkün həyatı yaşayan vətəndaşlarımızın üzərindən köçkün və qaçqın adlarının götürülməsini təmin edib”.

    Taleh Qaraşov Ümummilli Liderimizin yarımçıq qalan arzularının onun siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən “Ata Vəsiyəti” olaraq həyata keçirildiyini vurğulayıb. Dövlətin torpaqlarımızın azad olunmasından sonra Qarabağda gördüyü nəhəng quruculuq və bərpa işləri barədə ətraflı məlumat verən icra başçısı bu istiqamətdə dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib:”Böyük Qayıdış” artıq mərhələli şəkildə həyata keçirilir və torpaq həstərilə yaşayan hər bir vətəndaşımız oz doğma yurd-yuvalarına qayıdacaqlar. Dövlətin ali siyasi rəhbərliyinin nəzarəti altında davam edən bərpa və quruculuq işləri yüksək peşəkarlıqla, ən son texnologiyanın tətbiq edilməsilə sürətlə davam etdirilir və vətəndaşlarımızın rahat yaşayışını təmin etmək üçün bütün lazımi şərait yaradılır”.

    Şəhidin qardaşı Ramin Fərəcov da icra başçısına və kənd camaatına onları yalnız saxlamadıqlarına görə minnətdarlığını bildirib. Qeyd olunub ki, rayonumuzda şəhid ailələrinə göstərilən diqqət və qayğı təqdirəlayiq səviyyədədir, Taleh Qaraşovun bütün şəhidlərin anım mərasimlərində iştirakı, onları öz doğmaları kimi qəbul etməsi şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir. Şəhid qardaşı bildirib ki, şəhid ailələrinə ölkəmizdə olan qayğı və diqqət dünyanın heç bir ölkəsi ilə müqayisə oluna bilməz: “Prezidentimiz və Birinci vitse-prezidentimiz şəhidlərə çox böyük diqqət göstərirlər, onların sayəsində şəhid ailələrinin bütün müraciətləri həssaslıqla araşdırılır və buna görə ailəmiz adından onlara təşəkkür edirəm”.

    Qeyd edək ki, şəhidimiz Ə.Fərəcov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Allah rəhmət eləsin!







    Ülkər Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR