AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Füzuli rayonunda 2024-cü ildə kənd təsərrüfatının yekunlarına dair: (statistik qiymətləndirmə)

  • + A
  • - A
  • Bu gün, 13:18

    Füzuli rayonunda  2024-cü ildə kənd təsərrüfatının yekunlarına dair: (statistik qiymətləndirmə)

    Kənd təsərrüfatı sahəsi Füzuli rayonunun iqtisadiyyatında mühüm yer tutur. Aqroiqlim xüsusiyyətinə görə, rayon münbit torpaqlara və mülayim iqlim şəraitinə malikdir ki, bu da kənd təsərrüfatının inkişafına əlverişli şərait yaradır.
    2024-cü ildə kənd təsərrüfatında ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 146896,9 min manat olmuşdur ki, onunda 64,3 faizini bitkiçilik və 35,7 faizini isə heyvandarlıq məhsulları təşkil edir. Ötən illin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı müqayisəli qiymətlərlə 27,1 faiz artmışdır.
    2024-cü ildə Füzuli rayonunda 45540,1 hektar sahədən ilkin çəkidə 131575,8 ton dənli və dənli paxlalı bitkilər toplanmışdır.Hər hektar sahəyə düşən orta məhsuldarlıq 28,9 sentner təşkil edir.Beləki 2024-cü ilin məhsulu üçün 32250,9 hektar buğda sahəsindən 87399,9 ton və 13167,7 hektar sahədən isə 43321,7 ton arpa məhsulu toplanmışdır.Buğda üzrə hər hektara düşən məhsuldarlıq 27,1 sentner ,arpa üzrə isə 32,9 sentner təşkil edir.
    Kartof bitkisi üzrə 162,0 hektar əkin sahəsindən 2032,5 ton məhsul yığılmışdır ki, bu da ötən ilə nisbətən 91,6 ton və ya 4,7 faiz çox olmuşdur.
    Tərəvəz bitkiləri üzrə 692,6 hektar əkin sahəsindən 11808,6 ton məhsul götürülmüşdür ki, bu da ötən il ilə müqayisədə 7137,1 ton çox olmuşdur.
    Bostan bitkiləri üzrə 287,0 hektar əkin sahəsindən 3582,8 ton məhsul götürülmüşdür ki, bu da ötən ilə nisbətən 92,0 ton və ya 2,0 faiz çox olmuşdur.
    Bağlar və giləmeyvəliklər üzrə 700,9 hektar əkin sahəsindən 1785,6 ton məhsul götürülmüşdür ki, bu da ötən ilə nisbətən 66,0 ton və ya 1,9 faiz çox olmuşdur.
    Üzüm bitkisi üzrə isə 168,7 hektar əkin sahəsindən 1049,4 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müqafiq dövrü ilə müqayisədə 120,6 ton yaxud 10,3 faiz azdır.
    Füzuli rayonunda 2025-cü ilin məhsulu üçün 38612 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilərin səpini aparılmışdır.Səpin işi aparılmış ərazilərin büyük hissəsini dən üçün payızlıq bitkilər təşkil edir.Dən üçün payızlıq bitkilərin əkin sahəsi 38462 hektar təşkil edir ki, bununda 25194 hektarı buğda ,13268 hektarı isə arpa əkinlərinin payına düşür.
    2024-cü ildə 3084,4 ton diri çəkidə ət, 27980,2 ton süd, 17141,0 min ədəd yumurta və 271,8 ton yun istehsal edilmişdir.
    Füzuli rayonunda 2025-ci ilin 01 yanvar vəziyyətinə 28665 baş iribuynuzlu mal-qara (ondan 14070 baş inək və camışlar), 118668 baş isə qoyun və keçilər mövcuddur.
    Rayonda fəaliyyət göstərən süni mayalandırma məntəqələrində 2024-cü ilin yanvar-dekabr ayları üçün süni mayalandırılmış 2129 baş inək,camış və düyələrdən 1475 baş bala alınmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR