Oktyabrın 7-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda açılış mərasimi keçiriləcək.
Azərbaycan və Türkiyənin təhsil nazirlərinin iştirak edəcəyi gözlənilən açılış tədbirində Türkiyə ve Azerbaycandan, iş adamları və qeyri-hökumət təşkilatlarının rəhbərləri, kamu kurum ve kuruluşlarının temsilcileri iştirak edəcək.
Beynəlxalq təhsil proqramının intensiv tədris olunduğu Azərbaycan Beynəlxalq Maarif Məktəbləri yeni kampusu ilə birlikdə 1000-ə yaxın şagirdə təhsil imkanları təqdim edir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, T3 Vəqfi ilə birgə qurulmuş “Bilim-Maarif” otağı, laboratoriyalar, kitabxana, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.
Türkiyə Maarif Vəqfinin peşəkar heyəti tərəfindən hazırlanan Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən yeni kampusda əsas fənlərlə yanaşı, dərsdənkənar dərnəklər də fəaliyyət göstərəcək. Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi tərəfindən 6721 saylı qanunla qurulan Türkiyə Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur. Qədim Anadolu irfanını mənimsəmiş, müasir elmi bilikləri öyrənən və tətbiq edən, vicdanlı, ağıllı, aktiv və iradəli xarakterə sahib ərdəmli insanlar yetişdirməyi hədəfləyən Türkiyə Maarif Vəqfinin dünyanın 54 ölkəsində yerləşən 477 təhsil müəssisəndə 52 mindən çox şagird təhsil alır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.