AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətənpərvərlik mahnılarından ibarət xor kollektivinin baxış konserti keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 10-10-2024, 09:53

    Vətənpərvərlik mahnılarından ibarət xor kollektivinin baxış konserti keçirildi - FOTOLAR

    “Ana yurdum Azərbaycan”devizi altında vətənpərvərlik mahnılarından ibarət xor kollektivinin baxış konserti keçirildi.

    QHT.az xəbər verir ki, bu barədə “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İB-nin sədri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblilərinin xor kollektivi: vətənpərvərlik tərbiyəsi” layihəsini həyata keçirir. Məqsəd orta məktəblərdə uşaqların milli-mənəvi, estetik zövqlərinin vətənpərvərlik ruhunda yetişdirilməsinə kömək etməkdir.

    Layihə çərçivəsində 9 oktyabr 2024-cü il Sumqayıt şəhər İ.Qayıbov adına 1 №-li tam orta məktəbinin xor kollektivinin baxış konserti keçirildi. Konsertdə 25 nəfərdən ibarət olan məktəb xor kollektivi : sözləri Nəbi Xəzri, musiqisi Müslüm Maqomayevə aid “Azərbaycan”; sözləri Dəmir Gədəbəyli, musiqisi Elza İbrahimovaya aid “Ey Vətən”; sözləri Bəxtiyar Vahabzadə, musiqisi Emin Sabitoğluya aid “Azərbaycan sənsən mənim” mahnılarını ifa etdi. Zaldakı məktəblilər alqışlarla mahnıları dinlədilər. “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB-nin sədri Mətanət Zeynalova məktəb xor kollektivinin üzvlərinə hədiyyələr təqdim etdi.

    Məktəb xor kollektivinin musiqi müəllimi Rüstəmova Təhminə hazırlanıb. O “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB-nin Fəxri Fərmanı ilə təltif edildi. Layihədə əməkdaşlığa görə İsmət Qayımov adına 1 nömrəli tam orta məktəbin kollektivi “Təşəkkürnamə” ilə təltif olundu, məktəb direktorunun müavini Təranə İskəndərovaya təqdim olundu.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR