AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peşə Məktəbində Müharibə Veteranları ilə görüş keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 12:00

    Peşə Məktəbində Müharibə Veteranları ilə görüş keçirilib - FOTOLAR

    "Əsgər Ailəsi Cəmiyəti" VTİB-nin təşkilatçılığı ilə Balakən rayonun Peşə məktəbində,tələbələrlə müharibə veteranlarının görüşü keçirilib.

    QHT.az xəbər verir ki, görüşü məktəbin direktoru Səma xanım onların məktəbində müharibə veteranlarının görüş ilk dəfə olduğunda məmnun olduğunu və belə görüşlərin tez-tez olmasını arzu olunduğunu dilə gətirmiş və eyni zamanda onların tələbələri arasında bir neçə tələbənin 44 günlük müharibədə Qazi olduğunu, onların bu tədbirdə iştirak etdiyini də bildirib. Çıxış edən Təşkilat sədri, müharibə veteranı Roza Əliqızı da tədbirdə iştirak edən qazilərimizi salamlayıb, onları tələbələrə təqdim edib. Daha sonra Roza Əliqızı tələbələrdən Balakən rayonu qazilərdən kimləri tanıyırsız deyə soruşanda salona sükut çöküb. Roza Əliqızı elə buna görədə məktəblərdə qazilərin, müharibə iştirakçılarının tez tez görüşlərinin keçirilməsinin vacib olduğunu bildirib.

    Görüşdə qazilərlə yanaşı məktəbin hərbi müəllimi,rayon gənclər idarəsinin əməkdaşı və şəhid ailələri də iştirak ediblər. Görüş vətənpərvərlik əhvalı ruhiyəsi ilə başa çatıb.

    Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR