AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib

  • + A
  • - A
  • Bu gün, 15:59

    “Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib


    Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə vəkillərlə görüşü keçirilib.
    Görüşdə bildirilib ki, Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatı dünyada biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədilə aparılan və illik hesabatla müşayiət olunan məlumatların toplanması və analizi layihəsidir. Hesabat dünya ölkələrində biznes mühitini özəl sektorun inkişafı kontekstində qiymətləndirir və Azərbaycanın 2025-ci ilin sentyabr ayında nəşr olunacaq hesabata daxil ediləcəyi, həmçinin B-Ready hesabatının 2026-cı ilədək 180 ölkəni əhatə edəcəyi gözlənilir.
    “Doing Business” hesabatını əvəz edən “Business Ready” hesabatında müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın biznes sektoruna birbaşa və dolayısı yolla aidiyyəti olan sahələrin, xüsusilə də vergi, gömrük, maliyyə, ədliyyə, məhkəmə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında yekun rəy veriləcəyi və yeni metodologiyaya əsasən həmin ölkələrin beynəlxalq biznes mövqeyinin müəyyənləşdiriləcəyi bildirilib.
    Görüş çərçivəsində İşçi Qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı və İşçi Qrupun üzvləri ilə vəkillər arasında Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası, o cümlədən müflisləşmə sahəsində normativ hüquqi bazanın keyfiyyəti, beynəlxalq məhkəmə qərarlarının tanınması, hakimlərin və vəkillərin ixtisaslaşması, onların biliklərinin artırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, müflis prosesində olan sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiqi, müflisləşmə icraatı (prosedurları) üzrə xidmətlərin qarşılıqlı fəaliyyəti və müvafiq sahədə informasiyanın ictimai əlçatanlığı, kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
    Sonda müzakirə olunan məsələlərlə bağlı maraq doğuran suallara aydınlıq gətirilib.
    Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir (https://azranking.az/working-groups).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR