İki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Kazan danışıqlarından sonra Türkiyə Rusiya liderinin səfərinə hazırlaşmağa başlayıb.
Bu barədə “RİA Novosti”nin məlumatında bildirilib.
Məlumata görə, Rusiya liderinin Ankaraya mümkün səfərinin dəqiq tarixi müzakirə olunur.
“Biz bu səfəri gözləyirik, buna hazırlaşırıq. Lakin hələlik konkret tarixlər müəyyən edilməyib”, - deyə diplomatik dairələrdəki mənbə agentliyə bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.