Oktyabrın 31-də Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzində Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış “Hər şey sevgi haqqında” tamaşasının premyerası olub. Səhnə rejissoru - Raul Türkkan, xoreoqrafiya - Azərbaycanın əməkdar artisti Nigar Rzayeva. Tamaşada Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları, o cümlədən Azərbaycanın əməkdar artistləri Milana Sokolenko və İnna İmranova, eləcə də aktyorlar İbrahim Çingiz, Aydan Axundzadə və Aylin Türkkan iştirak ediblər.
Tədbirin qonaqları arasında şeirlərin müəllifi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub. Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov da iştirak ediblər. Tədbirin təşkilatçısı Anna İbrahimbəyova olub. Müasir incəsənətdə məhəbbət və yaradıcılıq mövzusunun əhəmiyyətini vurğulayan gecə isti, səmimi atmosferdə keçdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.