AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Okeanın dibində “qaranlıq oksigen” aşkar edilib

  • + A
  • - A
  • 5-11-2024, 13:59

    Okeanın dibində “qaranlıq oksigen” aşkar edilib

    Alimlər okean diblərinin oksigenlə dolu olduğunu müəyyən ediblər. Sonsuz qaranlıqda əmələ gələn bu oksigenə "qaranlıq oksigen" adı verilib. Bəs qaranlıq oksigen necə yaranır?
    AzadMedia.az xəbər verir ki, bununla bağlı araşdırma aparılıb.
    Sakit okeanın dərinliklərində aparılan tədqiqata görə, okean dibində oksigen istehsalı "polimetal filiz" adlanan mineral konsentratları və metal yığıntıları tərəfindən təmin edilir. Filizlərin yaratdığı enerji və metal yığıntılarının elektrolizi nəticəsində isə qaranlıq oksigen əmələ gəlir. Tədqiqat nəticələrinə əsasən, okean dibində filizlərin sıxlığı və metal yığıntıları nə qədər çoxdursa, yaranan oksigenin miqdarı da o qədər çox olur.
    Okean dibindəki metalları dəyərli etmək üçün aparılan bu kəşf, elmi dairələrdə böyük maraq oyadıb. Çünki mütəxəssislərə görə, okean dərinliklərində yaranan oksigen həyat üçün mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə bu sahədə aparılacaq detallı tədqiqatlar, həyatın əsaslarına enmək istəyən alimlər üçün yeni imkanlar təqdim edə bilər.
    AzadMedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR