AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Bayrağı müstəqilliyimizin rəmzidir

  • + A
  • - A
  • 6-11-2024, 13:42

    Dövlət Bayrağı müstəqilliyimizin rəmzidir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

    Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

    Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılaraq, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir və Ali Məclis tərəfindən irəli sürülən vəsatətə 1991-ci il 5 fevral tarixində baxılaraq, Azərbaycan Respublikasının Ali Soveti müvafiq Qanun qəbul etməklə onu yenidən Dövlət Bayrağı elan etmişdir.

    Konstitusiyamızın 23-cü maddəsində təsbit edildiyi kimi, “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”. Dövlət rəmzlərinə - bayrağa, gerbə və himnə hörmət edilməsi bir Azərbaycan vətəndaşının borcudur.

    Hazırda Dövlət Bayrağı bütün Azərbaycan Respublikasının ərazisi üzərində dalğalanaraq, beynəlxalq birliyə dövlətimizin qüdrətini nümayiş etdirir. Böyük Zəfərdən sonra Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunan ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılması unudulmaz tarixi hadisə kimi əbədi olaraq yaddaşlarda yaşayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR