AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

D.Trampın C.Qafqaz siyasətində nələr var?! CAVABLAR!

  • + A
  • - A
  • 7-11-2024, 13:28

    D.Trampın C.Qafqaz siyasətində nələr var?! CAVABLAR!


    ABŞ-də prezident seçkiləri başa çatdı. Səs çoxluğu ilə Donald Tramp seçkilərdə qələbə qazandı. Hazırda isə əsas məsələ bundan sonra ABŞ dövlətinin xarici regionlarla bağlı siyasətində müxtəlif dəyişikliklərlə bağlıdır. Ehtimal olunur ki, köklü dəyişikliklər olacaq. Bəs C.Qafqazla bağlı nələr gözlənilir?!
    Məsələ ilə bağlı AzadMedia.az material hazırlayıb.

    Deputat Tural Gəncləliyevin sözlərinə görə,Donald Tramp əsasən Amerika siyasətində izolyasionist tərəfdarı kimi çıxış edir və məhz öz tərəfdarlarını da Amerika siyasətindən, Amerika vətəndaşlarının maraqlarını təmsil edəcək prezident kimi bəyanatlar verir.

    T.Gəncəliyev həmçinin Trampın Cənubi Qafqaz siyasətinə də toxunub:

    “Trampın Cənubi Qafqazla bağlı siyasətini neytral dəyərləndirirəm. Seçkilərdən öncə prezident namizədliyi kimi bəyanatlar səslənir ancaq, prezident rəsmi seçildikdən sonra faktiki olaraq, məsələlər sırf dövlət departamentinin müəyyən etdiyi xətt üzrə müəyyənləşir. Ona görə hesab etmirəm ki, Yaxın Şərqdən, Ukraynadan, Avropadan fərqli olaraq Trampın Cənubi Qafqazla bağlı siyasətində ciddi dəyişikliklər olsun. Çünki, Cənubi Qafqaz reallığını Azərbaycan özü yaratmışdır. Azərbaycan 44 Günlük Vətən Müharibəsində, bir neçə saatlıq antiterror tədbirləri ilə geosiyasi reallıq yaratmışdır ki, artıq bunu bütün güc mərkəzləri - ABŞ, Rusiya, Fransa, ATƏT-in keçmiş Minsk qrupu həmsədrləri tam qəbul ediblər. Bütün dünyanın istədiyi bir məsələ idi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Yəni, burada heç bir şəkildə Cənubi Qafqazda vəziyyəti dəyişmək hansısa başqa bir yönə aparmaq mümkün deyildir. Hətta, hazırda Avropa İttifaqının bu məsələlərlə bağlı canfəşanlığını görürük ki, onlar Ermənistanda revanşizmi alovlandırmaq cəhdlərini göstərirlər. Ancaq biz burada onu nəzərə almalıyıq ki, bu mümkün deyildir və xüsusilə də ABŞ xarici siyasətində də bu məsələlərə nə qədər cəhd olunsa da, reallığı dəyişmək mümkün deyil”

    Politoloq Tofiq Abbasov isə düşünür ki, Donald Trampın hakimiyyətə qayıdışı gözlənilən idi. Çünki bu 4 il ərzində o və onun az saylı komandası çox fədakarlıqla çalışdı ki, o, yenidən öz qələbəsini əldə etsin:

    “Azərbaycanla bağlı Bayden və onun administrasiyasının buraxdığı səhvlərdən Tramp çalışacaq uzaqlaşsın. Çünki, həqiqətən də, Azərbaycan-Ermənistan, Gürcüstün münasibətlərinə Bayden administrasiyası çox kobud şəkildə, "tikanlı" formada müdaxilə edir. Ancaq onların əldə etdikləri boşluqdan ibarətdir. Tramp bu məsələlərdə, daha səliqəli xətt yürütməlidir, ona qadirdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR